Şrift:
Ermənistan prezidenti ATƏT sədri ilə Qarabağ problemini müzakirə edib
16.07.2013 [12:43] - Siyasət
Görüşdə tərəflər regionda sabitlik və təhlükəsizlik baxımından Minsk qrupunun missiyasını tam dəstəklərini bildiriblər
Ermənistan Prezidenti Serj Sarkisyan ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə görüşüb.Ermənistan mətbuatının verdiyi məlumata görə, səfəri yüksək qiymətləndirən S. Sarkisyan Ukraynanın ATƏT-ə sədrliyi dövründə öz üzərlərinə düşən missiyanı yerinə yetirəcəkələrinə ümid etdiyini bildirib.

Məlumatda həmçinin bildirilir ki, görüş zamanı tərəflər regionda sabitlik yaratmaq və təklükəsizlik baxımından tədbirlərin həyata keçirilməsi məqsədilə ATƏT-in Minsk qrupunun missiyasını tam dəstəklərini bildiriblər. Görüşdə həmçinin Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Ermənistan prezidenti həmçinin ATƏT çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini, təşkilatın Avrasiya məkanında və xüsusən də Cənubi Qafqazda sabitliyik və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib.
Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed