Şrift:
Rusiya və Çin İrana qarşı növbəti qətnamənin qəbuluna qarşı çıxıb
17.07.2013 [10:22] - Gündəm, Siyasət
Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı növbəti qətnamə qəbul etməsinə qarşı çıxıb.İRİB-in verdiyi məlumata görə, BMT-nin Ekspertlər Komitəsi İranın 2012-ci ilin iyul ayında “Şahab-1” və “Şahab-3” ballistik raketlərini sınaqdan keçirməklə bu qurumun qəbul etdiyi 1929 saylı qətnaməni pozması barədə hesabat hazırlayıb.
2013-cü il aprelin 12-də Avstraliyanın BMT-dəki səfiri Qari Kinlenin rəhbərlik etdiyi komitə məsələylə bağlı İrana sorğu göndərsə də, heç bir cavab almayıb. Ona görə də komitə öz hesabatını təqdim edərək BMT Təhlükəsizlik Şurasından İrana qarşı növbəti qətnamənin qəbul edilməsini istəyib.
Lakin BMT Təhlükəsizlik Şurası hesabatı təsdiqləməyib, Rusiya və Çin də daxil olmaqla digər üzvlər komitədən irəli sürdüyü iddiaları daha ciddi şəkildə araşdırmağı tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed