Şrift:
Azərbaycanda yeni beynəlxalq aeroport açılıb
18.11.2011 [15:17] - Köşə yazarları
Azərbaycan prezidenti İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib.

Azərbaycan prezidenti mərasimdə çıxış edib. Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə qəbələlilər adından minnətdarlıq edib. Daha sonra dövlət başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsib. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı Qəbələ Beynəlxalq Aeroportunun layihəsi və Qəbələ-Ağdaş yolunun yenidən qurulması ilə bağlı stendlərə də baxıb. Prezident İlham Əliyev aeroportun açılışı münasibətilə təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed