Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Kaliforniyanın tanınmış ictimai xadimi ilə görüşüb
19.07.2013 [12:07] - Diaspor
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan ABŞ-ın Kaliforniyanın ştatında tanınmış ictimai xadim, yəhudi mənşəli Şeron Nəzəryanla görüşüb.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə çıxış edən N.İbrahimov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, Azərbaycan və yəhudi diaspor təşkilatları arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ş.Nəzəryan isə öz növbəsində rəhbərlik etdiyi Y&S Nəzəryan ailə Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığa başlanmasının təklif edib. O bu, əməkdaşlığın gələcəkdə Azərbaycan-yəhudi diaspor təşkilatları arasında əlaqələrin daha güclənməsinə öz töhfəsini verəcəyini deyib. Qonaq iki qurum arasında əməkdaşlığın başlanğıcı olaraq N.İbrahimovu ABŞ-ın tanınmış Kaliforniya Universitetində diaspora siyasəti mövzusunda məruzə ilə çıxış etməyi təklif edib.

N.İbrahimov bu təklifi müsbət qarşılayaraq, rəhbərlik etdiyi qurumun belə bir əməkdaşlığa hər zaman hazır olduğunu bildirib. Komitə sədri erməni lobbisinin güclü olduğu Kaliforniyada Fond ilə əlaqələrin qurulmasının müsbət nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed