Şrift:
Azərbaycanda hakimliyə namizədlərlə yekun müsahibə keçirilib
19.07.2013 [12:13] - Gündəm, Hüquq
Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçimi keçirilir.


Məhkəmə Hüquq Şurasından verilən məlumata görə, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 1 il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə yekun müsahibə keçirilib.


Namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilən müsahibələrdə beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarından olan çoxsaylı müşahidəçilər iştirak ediblər. Müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilib və bütün hakimliyə namizədlər hakim vəzifəsinə təyin olunmağa layiq biliniblər.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed