Şrift:
III ixtisas qrupu üzrə qəbul imtahanlarında 7831 abituriyent 100-dən az bal toplayıb
19.07.2013 [12:54] - Gündəm, Gənclik
“III qrupda ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisaslarını düzgün seçsələr, onların hər biri ali məktəbə daxil ola bilər. Ancaq bir çox hallarda abituriyentlər düzgün seçim etmirlər. Buna görə onlar qərar verərkən diqqətli olmalıdırlar”.


Bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2013-2014-cü tədris ili üzrə ali məktəblərin III qrupu üzrə 10397 plan yeri ayrılıb. Bu il təxminən bir o qədər də abituriyent (10153) ixtisas seçimi müsabiqəsinə buraxılıb.



E. Nağızadə 2013-2014-cü tədris ili üçün ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında abituriyentlərin topladıqları balların statistik göstəricilərini də açıqlayıb. O qeyd edib ki, ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 7831 abituriyent (28,18 faiz) 0-100, 6986 (25,13 faiz) abituriyent 100-200, 4684 abituriyent (16,85 faiz) 200-300, 6246 abituriyent (22,47 faiz) 300-500, 1505 abituriyent (5,41 faiz) 500-600, 542 abituriyent (1,96 faiz) 600-700 bal toplayıb.



TQDK rəsmisinin sözlərinə görə, III qrup üzrə bu ilki qəbul imtahanlarının nəticələri ötən illə müqayisədə bir qədər yaxşıdır: “Belə ki, ötən il III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında iştirak etmiş abituriyentlərin 10272-si (34,47 faizi) 0-100 bal, 7497-si (25,16 faizi) 100-200, 5103-ü (17,12 faizi) 200-300, 5475-i (18,37 faizi) 300-500, 1106-sı (3,71 faiz) 500-600, 350-si isə (1,17 faizi) 600-700 bal toplayıb”.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed