Şrift:
Con Toşak Xəzər Lənkəran-Fənərbaxça oyunundan danışdı
22.07.2013 [11:46] - Gündəm, İdman
"Bu bir hazırlıq oyunu idi"


Dünən “Xəzər Lənkəran”la qarşılaşan “Fənərbaxça” klubu 4:0 hesabıyla Avroliqadakı təmsilçimiz üzərində qələbə qazanıb. Yoldaşlıq görüşü ilk dəqiqələrdən maraqlı başlayıb.

“Bülbüllər”in səviyyə fərqi artıq 4-cü dəqiqədə özünü göstərdi. Cərimə zərbəsindən sonra qapımız qarşısında yaşanan qarmaqarışıqlıqda təkcə Mikal Kadlets özünü itirmədi. Bu epizoddan fərqli olaraq qalan dəqiqələrdə lənkəranlılar sayıqlığı əldən vermədilər. Hətta cənub təmsilçisi ilk yarıda bərabərlik qolunu da vurmağa yaxın oldu. Zohair Volkanı Dəmirəli məyus edə bilməyincə Orxan Sadıqlı növbəti ötürməyə açıdı. Pyer Vebonun rahatca topu başla tora qovuşdurması gənc qolkiperi bərk əsəbləşdirdi. Və ilk yarını “Fənərbaxça” iki top fərqi ilə qazandı. Fasilədən sonra da oyunun senarisi dəyişmədi. Hücumlar yenə də “bülbüllər”in timsalında daha tutarlı alınırdı. Amma onlara qapıda Orxanı əvəzləmiş Toni Doblası yenmək qismət olmurdu. Fənər yalnız 89-cu dəqiqədə Xəzərin qapısında növbəti qol işığı yandıra bildi. Mehmet Topuzun zərbəsi Toni Doblas üçün qarşısıalınmaz oldu. Oyun sonrası jurnalistlər önünə çıxan Con Toşak yetirmələrinin məğlub olmasına baxayaraq dostluq görüşünün önəmindən danışdı.

Oyundan sonra mətbuat konfransı keçirən “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak oyunla bağlı fikirlərini bildirib: “Bizim hələ mövsümlərarası hazırlığımız davam edir. Hazırlığımızı hələ başa vurmamışıq. Hər zaman qismət olmur ki, top komandalara qarşı oynayasan Lənkəranda. Belə bir şans yarandı. Belə bir imkan yarandı. Ona görə onu qaçırmaq olmazdı. Bu bir hazırlıq oyunu idi. Heç bir neqativ yoxdur. Əksinə daha çox xeyrinə oldu komandanın.”

Qeyd edək ki, Lənkəran təmsilçisi bir daha iyulun 25-də rəqibi ilə doğma azarkeşləri önündə, Fırtınalar meydanında bir araya gələcək. Bu dəfə isə “Xəzər Lənkəran” Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda İsrail Makkabisi ilə üz-üzə qalacaq.
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed