Şrift:
Moskvada İbrahimbəyovla açıq-aşkar danışıqlar aparılır
23.07.2013 [11:38] - Siyasət
Azərbaycanla Rusiya qardaşdır, qardaşlar arasında da hərdən inciklik olur


"Mən Moskvanın Rüstəm İbrahimbəyovu nə dərəcədə dəstəkləməsini qəti olaraq qiymətləndirə bilmərəm. Əlbəttdə, İbrahimbəyovla açıq-aşkar danışıqlar gedir".Bu barədə Vesti.az saytına verdiyi müsahibəsində Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.

"Ancaq hələ qəti qərar qəbul olunmayıb. Bu tamamilə doğrudur. Ancaq Rusiyanın Azərbaycana sualları var. Düşünürəm ki, elə Azərbaycanın da Rusiyaya sualları var. Əsas odur ki, biz qardaşıq. Axı qardaşlar da hərdən mübahisə edir, bir-birindən inciyirlər. Əsas odur ki, həddi aşmayasan. Məni düzgün başa düşün. Mən Azərbaycana çox böyük rəğbətlə yanaşıram və burda öz istəklərimi səsləndirmirəm, hansısa imperiyalist ambisiyalar da ifadə etmirəm. Bu reallıqdır, yaxşı olar ki, emsosiayları kənara qoyub onu olduğu kimi qəbul edək", - Duqin əlavə edib.

Xatırladaq ki, bu ilin mayında Azərbaycan müxalifətçiləri tərəfindən demokratik qüvvələrin Milli Şurası təsis edilib və Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Milli Şura Rüstəm İbrahibəyovun przidentliyə vahid namizədliyini irəli sürüb.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed