Şrift:
Kanadada Azərbaycan musiqisi və rəqsi konserti keçirilib
23.07.2013 [13:06] - Mədəniyyət, Diaspor
Bu gün Niagara on the Lake şəhərində Niaqara Musiqi festivalı çərçivəsində Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə Azərbaycan musiqisi və rəqsi konserti keçirilib. Bu barədə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi məlumat verir.



Konsertdə giriş nitqi ilə çıxış edən Niaqara musiqi festivalının icraçı direktoru Kristofer Bleyk (Christopher Blake) Azərbaycan mədəniyyətinin nümayişinin Niaqara bölgəsində artıq ənənəyə çevrildiyini vurğulayıb. Həmçinin, K.Bleyk Azərbaycan icması ilə sıx əlaqələrdən məmnun olduğunu bildirib.



Daha sonra çıxış edən Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev mədəniyyətin iki ölkə və xalq arasında əlaqələrin genişlənməsində xüsusi rol oynadığını qeyd edib. Səfir Azərbaycan musiqisi və xüsusilə də rəqsi barədə qısa məlumat verib.



Konsert zamanı Torontoda fəaliyyət göstərən Araz rəqs qrupu çıxış edib.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed