Şrift:
745 əcnəbi Azərbaycan qanunlarını pozub
24.07.2013 [14:10] - Gündəm, Sosial
DMX tərəfindən həyata keçirilən tədbirlər ötən həftə davam etdirilib

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib. ANS PRESS DMX-ə istinadən xəbər verir ki, Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 745 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən, eyn zamanda inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilərək, onlardan 30 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan başqa 658 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 50 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin 7 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan və itirilən sənədləri yenisilə əvəz olunub.

Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1624 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 15428 nəfər əcnəbinin müraciəti qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed