Şrift:
Əmlak bazarında yaşanan qiymət artımı hələ də davam edəcək
24.07.2013 [14:33] - Xəbərlər, İqtisadiyyat
Son dövrlər Bakı şəhərində əmlak bazarı sahəsində qiymət artımı müşahidə olunur. Qiymət artımı hərraca çıxarılan istər torpaq sahələrində, istərsə də yaşayış binalarındakı mənzillərin qiymətlərində də müşahidə olunur. Ekspertler qiymət artımını müxtəlif səbəblərlə əlaqələndirir. İqtisadçıların bildirdiyinə görə, yay fəslində əhali istirahət etmək üçün bağ evlərinə üstünlük verdiyi üçün qiymət artımı müşahidə olunur. İqdisadçıların dediyimə görə, qiymət artımı prosesi bu ilin yanvar ayından başlayıb və tədricən də gedir: "Qiymət artımının əsas səbəbi kimi təklifin azalmasını, tələbin çoxalmasını göstərmək olar. İpoteka bazarının işləməsi, əldə nağd pul vəsaitinin cəmləşməsi bazarda təklifin azalmasına gətirib çıxarıb. Digər səbəb isə, əhalinin qiymətlərin artacağını gözləməsidir. Bu baxımdan onlar öz əmlakını satışa çıxarmır və gözləmə mövqeyində durur. Bazarda tələbat olduğundan mövcud vəziyyət birbaşa qiymət artımına səbəb olur. İpoteka bazarı işləsə, iqtisadi vəziyyət bu tempdə davam etsə, qiymətlərdə yenə, cüzi olsa da, bahalaşma olacaq. Torpaq sahələrinin qiymətinin artımına səbəb kimi Bakı şəhərində onların sayının məhdudlaşmasını göstərmək olar. Satışa çıxarılan torpaq sahələri, demək olar ki, hər il azalmağa doğru gedir. Tələbin artımı, şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərdə torpaq sahələrinin məhdudlaşması ilə bağlı bazarda təklif üzrə orta qiymətlərdə də artım müşahidə olunub. May ayında torpaq sahələri üzərində bağlanan alqı-satqı əqdlərinin sayında əvvəlki ayla müqayisədə artım qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən müsbətə doğru dəyişib. Aparılan bazar araşdırmaları göstərir ki, zonalar üzrə də qiymətlərdə artım müşahidə olunub. Son bir ildə paytaxtda mənzil söküntüsünün sürətlənməsi, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələb artmaqda davam edib, mövsümlə əlaqədar bu tendensiyanın bir qədər dərinləşməsi müşahidə olunub".
İqdisadçıların verdiyi məlumata görə, bu ay ərzində Bakı şəhəri üzrə ən çox qiymət artımı Xəzər rayonunda (2,1%) baş verib. Hazırda torpaq bazarında ən aktiv rayonlar sırasına Binəqədi və Qaradağ rayonlarını aid etmək olar. Ən passiv rayon isə Səbayel rayonudur. May ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 250 min manat (1sotu) Nərimanov (Atatürk prospekti) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 dollar (1sotu) Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.
Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin artmasına səbəb olub. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə azalıb. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini azaldıb. Buna baxmayaraq, fərdi-yaşayış evlərinin və torpaq sahələrinin sənədləşməsindəki problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən atılan addımların ləngiməsi torpaq üzərində aparılan əməliyyatlara hələ də mənfi təsir göstərməkdədir.
Günel
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed