Şrift:
İndoneziya sahillərində 200-dək İran və Şri-Lanka qaçqınlarını daşıyan gəmi batıb
25.07.2013 [10:48] - Hadisə
İndoneziya sahillərində 200-dək İran və Şri-Lanka qaçqınlarını daşıyan gəmi batıb
İndoneziyanın Yava adası yaxınlığında Avstraliyaya üzən və göyərtəsində qaçqınların olduğu gəmi batıb.

“RİA Novosti”in verdiyi xəbərə görə, qəza nəticəsində onlarla insan itkin düşmüş hesab olunur. Avstraliyanın “Daily Telegraph” qəzetinin məlumatına görə, gəminin göyərtəsində İran və Şri-Lankadan olan 170-dək qaçqın olub. Onlardan təxminən 120 nəfəri xilas etmək mümkün olub.



Xilasetmə əməliyyatını İndoneziya qurumları həyata keçirir.



KİV-lərin məlumatına görə, bu ilin yanvarın 1-dən Avstraliyaya gəmi vasitəsilə 13 mindən çox qaçqın pənah gətirib.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed