Şrift:
Krımın Azərbaycan icmasının başçısı Avropa Şurasının komissarı ilə görüşəcək
19.11.2011 [10:04] - Diaspor
Krımın Azərbaycan icmasının sədri Rəhim Hümbətov noyabrın 24-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqlə görüşəcək. Bu barədə Avropa Şurası ofisinin başçısı səfir Vladimir Ristovski tərəfindən Krımın Azərbaycan icmasının rəhbərinə göndərilmiş məktubda deyilir.

Tomas Hammarberq, Komissar bürosu direktorunun müavini Boyana Urumova, habelə komissarın müşaviri Oksana Petsun cari il noyabrın 21-25-də Ukraynada olacaqlar.

Görüşün məqsədi Krımda insan hüquqlarının, o cümlədən etnik icmaların hüquqlarının qorunması məsələsini müzakirə etməkdir.
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed