Şrift:
Avropada doktorantura təhsili almağa göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edilib
25.07.2013 [13:28] - Gündəm, Gənclik
Avropanın elmi mərkəzlərində doktorantura təhsili almağa göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar AMEA-da Müsabiqə Komissiyası yaradılıb və müsabiqə əsasında AMEA-nın elmi müəssisə və təşkilatlarından 14 nəfər gənc alim seçilərək Avropanın nüfuzlu elmi mərkəzlərinə doktoranturaya göndərilib.



AMEA Rəyasət Heyətinin 3 iyul tarixli qərarı ilə yeni təhsil ili üçün Avropanın elmi mərkəzlərinə elmlər doktoru proqramı üzrə doktoranturaya göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə növbəti müsabiqə elan edilir.



Qeyd edək ki, sənəd qəbulu 1 sentyabr 2013-cü il tarixinədək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed