Şrift:
Qobustanda baş verən dəhşətli qəzada beş nəfər ölüb
19.11.2011 [10:18] - Hadisə
Azərbaycanın Qobustan rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Hadisə noyabrın 19-da saat 8.30 radələrində Bakı-Şamaxı yolunun 62,5-ci km-də qeydə alınıb.

“Mercedes” markalı, 10 XP 032 dövlət nömrə nişanlı avtomobilin VAZ-2107 markalı, 10 KU 971 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində beş nəfər ölüb, bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ölənlərin və yaralının adı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1213 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed