Şrift:
Türkiyə şirkəti Azərbaycan Quru Qoşunları üçün Artilleriya Atış Simulyatoru quraşdırıb
19.11.2011 [17:01] - Hərb
Türkiyənin HAVELSAN şirkəti Azərbaycan Quru Qoşunları üçün Artilleriya Atış Simulyatoru quraraq istifadəyə verib.

Bu barədə HAVELSAN şirkətindən məlumat verilib.

AFOS (Artillery Forward Observer Simulator) adlanan bu simulyator topçu birliklərinin zabitlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yaradılıb. Simulyator Azərbaycana bu ilin ortalarında gətirilib və Müdafiə Nazirliyinin təlim mərkəzində qurulub. Azərbaycan mütəxəssislərinə simulyatordan istifadə qaydaları ilə bağlı treninqlər də keçirilib.

Simulyator Türkiyə hökumətinin Azərbaycana hərbi yardım proqramı çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən verilib.

Hazırda AFOS simulyatorundan Türkiyə və Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, Pakistan, Gürcüstan və Türkmənistan orduları da istifadə edir.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed