Şrift:
Məmməd Araz-80 yazı müsabiqəsi elan edilib
30.07.2013 [11:57] - Gündəm, Mədəniyyət
Kaspi qəzeti xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində bədii-publisistik yazı müsabiqəsi elan edib.


"Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin verdiyi məlumata görə, müsabiqəyə təqdim olunan yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə «Kaspi» qəzetində dərc olunacaq, daha sonra isə şairin yubileyi ərəfəsində çıxacaq kitaba daxil ediləcək: "Oktyabrda Məmməd Arazın 80 illik yubileyi ərəfəsində böyük tədbir keçirməyi planlaşdırırıq. Kitabın təqdimatı da həmin gün olacaq. Bütün təşkilati işlər "Kaspi” qəzeti tərəfindən görüləcək. Müsabiqənin mükafat xərcləri böyük olduğu üçün, maliyyə dəstəyini bir nəfər iş adamı öz üzərinə götürüb. Tədbirdə həmin adamın kim olduğunu açıqlayacağıq”.


İyulun 30-dan müsabiqəyə təqdim olunan yazıların dərcinə start veriləcək.

Müsabiqəyə, həmçinin şairlə bağlı xatirələr, bu vaxta kimi dərc olunmamış şeirlər də qəbul olunur.


Aprelin 1-dən start götürən müsabiqəyə yazıların qəbulu sentyabrın 1-də başa çatır.


Müsabiqədə I yerin sahibinə 2000 manat, II yeri (2 mükafat) tutanların hər birinə 1000 manat, III yeri (3 mükafat) qazananların hər birinə isə 500 manat məbləğində pul mükafatı təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed