Şrift:
Ermənistan XİN 610 dollara möhtac qalıb
30.07.2013 [13:03] - Gündəm, İqtisadiyyat
Nazirlik bu məbləği "Armeniya Travel+M" şirkətinə ödəmək iqtidarında deyil
Ermənistan Xarici İşlər Nazirliyinin 257,6 min dram (610 dollar) məbləğində borcu yaranıb.Ermənistan mətbuatının verdiyi məlumata görə, Ermənistan XİN bu məbləği "Armeniya Travel+M" şirkətinə ödəmək iqtidarında deyil.

Məlumata görə, Ermənistan xarıci işlər nazirinin iki müavini ABŞ-ın San Fransisko və Almaniyanın Frankfurt şəhərinə ezamiyyətə getməli imiş. Ermənistan XİN isə öz növbəsində İrəvan-Paris-Frankfurt və Frankfurt-Los-Ancedles-San Fransisko-Boston-Frakfurt reysinə iki bilet sifariş edib.

Ezamiyyətlər təxirə salındıqdan sonra biletlərin qaytarılması qərarı alınıb. Ancaq şirkət nazirliyə qaytarılmış biletlərə görə, cərimə kəsib. Nazirlik isə şirkətin təyin etdiyi cəriməni ödəmək iqtidarında deyil. Cərimə kimi təyin edilmiş məbləğin Ermənistanın dövlət büdcəsindən veriləcəyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed