Şrift:
Avqustun 2-də Milli Kino günü ilə əlaqədar tədbir keçiriləcək
31.07.2013 [16:19] - Mədəniyyət
Avqustun 2-də Milli Kino günü ilə əlaqədar tədbir keçiriləcək. APA-nın məlumatına görə, Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçiriləcək tədbirdə dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri iştirak edəcək.



Milli Kino günündə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2013-cü ildə istehsal olunmuş "Dərvişin qeydləri" bədii filminin təqdimatı olacaq. Filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev, İlqar Fəhmi, quruluşçu operatoru Yuriy Varnovskiy, quruluşçu rəssamları Mais Ağabəyov, Əziz Məmmədov, bəstəkarı Siyavuş Kərimi, icrası prodüseri Vladimir Dudniçenkodur. Filmdə Fuad Poladov, Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Kənan Mahmudov, Şövqi Hüseynov, Bəhruz Əhmədli, Cavanşir Hadıyev, Cəfər Namiq Kamal, Rafiz Mehdizadə, Vidadi Həsənov, Elnar Qarayev, İsa Əsədov kimi aktyorlar rol alıblar.


Qeyd edək ki, avqustun 2-də Milli Kino Günü ilə əlaqədar Azərbaycanın qırxdan çox şəhər və rayonunda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunmuş "Dolu" bədii filmi nümayiş etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed