Şrift:
Türk tarixini dəyişdirə biləcək kitabələr tapılıb
01.08.2013 [10:27] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Monqolustanda paytaxt Ulan-Batordan 450 kilometr aralıda yerləşən Delgerhaan dağı ətrafında türklərə aid, tarixi dəyişdirə biləcək iki kitabə tapılıb.Türkiyə mətbuatı bildirir ki, bu barədə Türk Dil Qurumunun başçısı, professor Mustafa Kaçalin bildirib. Onun sözlərinə görə, kitabələr qəbir daşlarının üzərində həkk edilib və yapon arxeoloqları tərəfindən təsadüfən tapılıb.

20 sətirlik mətni əhatə edən işarələrdə 2 min 832 işarə var. Tapıntı barədə məlumat Tuva Respublikasında Orxon-Yenisey yazılarının açılmasının 120 illiyi barədə keçirilən toplantıda məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed