Şrift:
Müəmmar Qəddafinin oğlu tutulub
19.11.2011 [17:25] - Köşə yazarları
Liviya üsyançıları ölkənin devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafini ələ keçiriblər.

Liviya Milli Keçid Şurası yetkililəri xəbəri təsdiqləyiblər.

Atasının öldürülməsindən sonra üsyançılardan qisas alacağını açıqlayan Seyfülislam Qəddafi tərəfdarı olan silahlı birliklərə komandanlıq edib. Onun ölkənin cənubundakı Sebhə bölgəsində yaxalandığı bildirilir.

Milli Keçid Şurasından Seyfülislam Qəddafinin sağ olduğu və helikopterlə Zitan şəhərinə aparıldığı qeyd olunub. Qəddafinin oğlu oradan Tripoliyə gətiriləcək.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed