Şrift:
İyul ayında Bakıda 10 nəfər suda boğularaq ölüb
01.08.2013 [16:38] - Hadisə
Bu ilin iyul ayında Azərbaycan paytaxtında 14 suda boğulma hadisəsi qeydə alınıb.


Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, suda boğulma hadisəsindən 10-u ölümlə nəticələnib. Onun sözlərinə görə suda boğulanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib, 1 nəfərə ilkin-tibbi yardım göstərilib: “Suda boğulma hadisələri çimərliklərlə yanaşı, həyətyanı hovuzlarda, kanallarda qeydə alınıb. Ümumilikdə yay mövsümü başlayandan bu günə ki Bakıda 27 suda boğulma faktı qeydə alınıb”.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed