Şrift:
Neftin qiymətinin ucuzlaşması dünya ölkələrinə necə təsir edəcək
03.08.2013 [14:38] - Xəbərlər, İqtisadiyyat
Xəbər verildiyi kimi,dünya bazarlarında neftin qiymətində ucuzlaşıb. Neftin qiymətinin ucuzlaşması bir sıra ölkələrin iqsadiyyatına təsirsiz ötüşmür.
Ekspertlərin fikrincə, neftin ucuzlaşması və ya bahalaşması ilk növbədə dövlət büdcəsinə və Dövlət Neft Fonduna daxil olan vəsaitlərdə özünü göstərir.
Bunlar isə ölkənin əsas sosial xərclərinin mənbəyi olduğundan istənilən dəyişiklik insanların rifahına təsir edə bilər. Bundan başqa, sadə vətəndaşlar neft asılılığını birbaşa öz həyatlarında hiss edə bilərlər.
İqtisadçıların verdiyi məlumata görə, neftin bahalığı fonunda dünyada iqtisadi artım, digər sahələrin ümumi daxili məhsuldakı çəkisi tədricən azalır. Bu isə iqtisadi risklərin artmasına, qlobal böhranın təsirlərinin genişlənməsinə ciddi təsir edir: "Bütövlükdə neftin qiymətinin yüksək olması məhsul istehsalına ciddi ziyan vurur. Neftin qiymətinin yüksək olmasının daha bir mənfi tərəfi odur ki, "qara qızıl"ın real iqtisadiyyatı üstələməsi digər məhsulların maya dəyərinə ciddi təsir edir. Qiymət yüksək olanda neft alan ölkələrin istehsal etdiyi məhsulun satış qiymətləri də yüksəlir və nəticədə iqtisadiyyatda inflyasiya meyilləri güclənir. Bunun ən çox zərərini isə elə Azərbaycan kimi ölkələr çəkir. Neftin qiymətinin yüksək olması Azərbaycana əlavə vəsait qazandırır. Ancaq nəzərə almaq lazımdır ki, bizim xaricdən idxal etdiyimiz məhsullar həcminə və çeşidlərinə görə çoxdur və qiymətlər daha yüksəkdir. Xaricə satdığımız neftlə idxal etdiyimiz məhsulların dəyərini ödəyə bilmərik. Bu səbəbdən neftin baha olması Azərbaycan iqtisadiyyatı, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün yaxşı hal sayılmır".
Günel
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed