Şrift:
Yazar Rafiq Tağı bıçaqlanıb
20.11.2011 [16:41] - Köşə yazarları
Ona kürəyindən və boynundan zərbələr endirən naməlum şəxslər qaça biliblər

aməlum şəxslər ona dayanacaqda hücum edərək, boynundan və kürəyindən bir neçə bıçaq zərbəsi endirirək qaçıblar.

Rafiq Tağı isə çox halsız olduğu üçün hadisə barədə geniş məlumat verə bilməsə də, faktı təsdiq edib. O, sayta təcili yardım maşınında olduğunu bildirib.

Rafiq Tağının qardaşı isə APA-ya açıqlamasında hazırda yazıçının 1 saylı Təcili Tibbi Yardım Mərkəzində olduğunu, çox qan itirdiyindən vəziyyətinin kəskinləşdiyini bildirib.

Ailə üzvləri yazıçının 5-6 bıçaq zərbəsi aldığını, zərbələrdən birinin boynuna, qalanlarının isə kürəyinə saplandığını bildiriblər.

Yazıçı çox qan itirdiyindən ailə üzvləri ona qan veriblər. Həkimlərin ilkin məlumatına görə, bıçaq zərbələri daxili orqanları zədələməyib.

Hadisə ilə bağlı polis məlumatlandırılıb.

Həkimlər bildirib ki, yazıçının həyatına təhlükə yoxdur.

Məlumatlara görə, R.Tağıya hücum edən şəxs ilk zərbəni onun ürəyinə endirsə də, yazıçını qovluğu onu xilas edib.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed