Şrift:
GÜNEY XƏBƏRLƏRİ
20.11.2011 [16:51] - Köşə yazarları
İranda “Etimad” qəzetinin nəşrinə qadağa qoyulub

İran Mədəniyyət və İslami İrşad Nazirliyi “Etimad” qəzetinin nəşrinə qadağa qoyub.

Bu barədə mətbu orqanın baş redaktoru İlyas Həzrəti bildirib. Onun sözlərinə görə, Tehran vilayətinin prokuroru qəzeti yalan xəbərlər yaymaqda, dövlət məmurlarına iftira atmaqda günahlandıraraq, İran Mədəniyyət və İslami İrşad Nazirliyinə yazılı müraciət edib. Nazirlik də müraciəti nəzərə alaraq qəzetin nəşrini dayandırıb.

Qeyd edək ki, İranda islahatçı qüvvələrə yaxın sayılan qəzetin qapadılmasına ölkə prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA agentliyinin icraçı direktoru Əli Əkbər Cavanfikirin müsahibəsinin dərc edilməsi ehtimal olunur.

Əli Əkbər Cavanfikir həmin müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib.


Əli Əsgər Sultaniyə: “İran nüvə enerji proqramından imtina etməyəcək”


İran beynəlxalq təzyiqlərə baxmayaraq nüvə enerji proqramından imtina etməyəcək.

“Fars” agentliyinin verdiyi məlumata görə, bunu İranın Beynəlxalq Atom Enerjisi üzrə Agentlikdəki (MAGATE) nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib.

MAGATE İdarə Heyətində İrana qarşı 32 lehinə və 2 səs əleyhinə olmaqla qəbul edilən qərar layihəsinin əvvəlkilərdən heç də fərqlənmədiyini deyən Sultaniyə «Qərbin İrana yönəlmiş əsassız ittihamlarına son layihədə də yer verildi» deyə bildirib. O, ölkəsinin atom enerjisi proqramının mülki məqsədlərdən kənara çıxması barədə bir dəlilin belə o layihədə yer almadığını vurğulayıb.

«İran uranın zənginləşdirilməsini dayandırmadan atom enerjisi sahəsində fəaliyyətini davam etdirəcək. Bununla bərabər MAGATE müfəttişləri də tədqiqatlarını davam etdirəcəklər», - deyə İran rəsmisi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed