Şrift:
ABŞ senatorları Barak Obamanı İrana qarşı sanksiyaları gücləndirməyə çağırıblar
06.08.2013 [10:53] - Siyasət
ABŞ senatorları prezident Barak Obamadan İrana qarşı sanksiyaların artırılmasını istəyiblər.

Bununla bağlı 76 senator ABŞ prezidentinə məktub göndərib. Məktub İranın yeni prezidenti Həsən Ruhaninin avqustun 4-də ölkə parlamentində keçirilmiş inauqurasiya mərasimi ilə eyni günə təsadüf edib.



ABŞ senatorları İranın nüvə fəaliyyətlərindən əl çəkməyənədək bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsini tələb ediblər. Məktubda B. Obamadan İranla dialoq yolunun açıq olmasına baxmayaraq, hərbi variantın da mütləq masanın üzərində olması istənilib.



Məktub müəllifləri hesab edirlər ki, İran bu gün sentrifuqaların sayını artırmaqda davam edir: “Bu ölkənin uranı zənginləşdirməsinə icazə verilməməlidir. Çünki bu addım İrana nüvə silahı istehsal etmək imkanı verir”.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed