Şrift:
İnformasiya Texnologiyaları Universiteti tələbə qəbulu planına salınıb
06.08.2013 [12:40] - Gündəm, Gənclik
İnformasiya Texnologiyaları Universiteti ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planına salınıb.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnformasiya Texnologiyaları Universiteti 2013/2014-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planına daxil olunub. Universitetdə tədris ingilis dilindədir. Bunun üçün tələbələrə birinci il ingilis dili hazırlığı tədris olunacaq, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə təhsil ingilis dilində aparılacaq.



Məlumatda o da bildirilib ki, universitetə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed