Şrift:
Dunya Miyatoviç Türkiyədə Ergenekon işi üzrə bir qrup jurnalistə həbs cəzalarının verilməsinə münasibət bildirib
06.08.2013 [13:57] - Gündəm, Hüquq
“Onlarla jurnalistin məhkum edilməsi və ağır cəzaların verilməsi Türkiyənin müstəqil media və ifadə azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliklərə ziddir”.



ATƏT-in saytının məlumatına görə, bu barədə qurumun media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Türkiyədə “Ergenekon işi” kimi tanınan cinayət işi üzrə bir qrup jurnalistə müxtəlif müddətə həbs cəzalarının verilməsinə münasibət bildirərkən deyib.



O vurğulayıb ki, jurnalistlərə bu cür ağır cəzaların tətbiq edilməsindən xeyli narahatdır. D.Miyatoviç qeyd edib ki, fərqli fikirlərə malik insanlara qarşı cinayət təqibi fundamental ifadə azadlığı kimi insan hüquqlarına, Türkiyənin ATƏT qarşısında azad medianın inkişaf etdirilməsi və müdafiəsi götürdüyü öhdəliklərinə ziddir: “Məhkəmə qərarının Türkiyədə ifadə və media azadlığına vurduğu ziyanın səviyyəsini ölçmək mümkün deyil. Mən bir daha ölkənin rəsmilərini media azadlığının inkişaf etdirilməsi üçün qanunvericilikdə islahatların aparılmasına və həbs edilmiş jurnalistlərin məhkəmə işinin şəffaf və tez bir zamanda keçirilməsinə çağırıram”.
Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed