Şrift:
60 ildir döyüşən insan
07.08.2013 [15:12] - Gündəm, Bildiriş
Talıbov Ələkbər Məmmədəli oğlu 07.05.1953-cü ildə Azərbaycan Respublikası Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. 1990-cı ildə 20 yanvar hadisələri zamanı təcavüzkar sovet ordusunun vəhşi hərbiçiləri tərəfindən yaralanmışdır. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdur.

III qrup 20 yanvar əlilidir.

Qarabağ müharibəsinin iştirakçısı olmuşdur.

Azərbaycanının azadlığı, müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda mərdlik və qəhrəmanlıq nümunələri göstərdiyinə görə 1992-ci ilin iyun ayında Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüşdür.

2000-ci ildə qanlı “20 yanvar” hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.

2010-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.

Ailədir, 2 oğlu və 1 qızı vardır. Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində “gəmi kapitanı” vəzifəsində işləyir.

Ələkbər bəyin ən böyük arzusu Azərbayacnın ərazi bütövlüyü, azadlığı və xalqımızın şən, xoşbəxt və firavan yaşamasıdır.

Milli Dirçəliş Hərəkatı Partiyası 60 illik yubileyi münasibəti ilə Ələkbər bəyi TƏBRİK EDİR.
Bu xəbər oxucular tərəfindən 1868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed