Şrift:
Millət Vəkili Fərəc Quliyevdən Ramazan təbriki!
08.08.2013 [10:19] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, MDH
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev Müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Möhtərəm həmvətənlərim, dünya tarixinə 11 imperiya, 110 dövlət bəxş etmiş 350 milyonluq Türk ulusum, əziz müsəlman qardaş və bacılarım!

Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Tanrıdan oruc və namazlarınızın qəbul, dualarınızın keçərli olmasını diləyirəm.
Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir.

Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Tanrının yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu müqəddəs bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdəndir. Bu əziz gündə biz Ulu Tanrıya dualar edirik ki, müstəqilliyimiz daha da möhkəmlənsin, ərazi bütövlüyümüz bərpa olsun, işğal altında olan torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın.

Növbəti Ramazan bayramını Təbrizli, Qarabağlı, İrəvanlı, Dərbəndli, Borçalılı, Kərküklü Bütöv Azərbaycanda qeyd etmək diləyi ilə bayramınız qutlu olsun!

Hörmətlə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
Millət Vəkili Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed