Şrift:
Dağıstanda silahlı məhv edilib
11.08.2013 [12:25] - Gündəm, Dərbənd
Rusiya Federasiyasının Dağıstan Respublikasının Qızılyurd rayonunun Stalskoye kəndində aparılan xüsusi əməliyyat nəticəsində bir yaraqlı zərərsizləşdirilib, digəri isə gizlənməyə müvəffəq olub.

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndəsi bildirib.

"Gecə saatlarında Qızılyurd rayonunda keçirilən birgə nəzarət-profilaktik əməliyyatı nəticəsində təhlükəsizlik orqanlarının əməkdaşları silahlı qrup aşkarlayıb. Əməliyyatın gedişində bir yaraqlı zərərsizləşdirilib, digəri isə qaçmağa müvəffəq olub", deyə mənbə agentliyə bildirib.

Onun sözlərinə görə, hazırda zərərsizləşdirmiş silahlının şəxsiyyəti müəyyənləşdirilir.
Bu xəbər oxucular tərəfindən 1612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed