Şrift:
Macarıstanda ənənəvi “Əcdadlar günü” qeyd olunub
12.08.2013 [13:46] - Xəbərlər, Türkün şanlı tarixi, Diaspor
Bu il 10-11 avqust tarixlərində Macarıstanın Buqaç bölgəsindəki Milli Parkda ənənəvi "Əcdadlar günü" keçirilib. Hər il keçirilən bu xalq bayramının və iki ildən bir keçirilən Türk-Hun qurultaylarının əsas məqsədi macarların türk əsilli olduqlarını və onları digər türk xalqları ilə bağlayan çoxəsrlik tarixi, mədəni, mənəvi münasibətləri müasir macar cəmiyyətinə nümayiş etdirməkdir. Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən daxil olan məlumatda deyilir.

Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə iki gün davam edən böyük xalq bayramında ümumilikdə əlli min nəfərə yaxın insan iştirak etmişdir. Ölkə Parlamentinin birinci vitse-spikeri Şandor Layoş iştirakçılar qarşısında xalqın öz soy-kökünü öyrənməsinin və çoxəsrlik ənənələrini yaşatmasının vacibliyi barəsində nitqlə çıxış edib.
"Əcdadlar günü" çərçivəsində cıdır yarışları, çövkan oyunu, əski hunların və macarların Avropaya yürüşünü göz önündə canlandıran döyüş səhnələri göstərilib, şaman musiqisi səsləndirilib. Macarıstan ərazisində qədim türk izlərini əks etdirən ekspozisiyaya baxış keçirilib. Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev tədbirdə iştirak edib. Səfirliyin təşəbbüsü və yardımı ilə bu ilki "Əcdadlar günü" çərçivəsində ayrıca Azərbaycan çadırı qurulmuş, orada ölkəmizin qədim tarixini və ümumtürk mədəniyyətinə töhfələrini əks etdirən eksponatlar nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed