Şrift:
Bakıda baş verən silahlı insident zamanı ölən və yaralanan şəxslərin adları məlum olub
21.11.2011 [14:54] - Gündəm
Bakı şəhərində baş verən silahlı insident zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə zamanı 1979-cu il təvəllüdlü Hikmət Babayev aldığı güllə yarasından dünyasını dəyişib. Daha bir nəfər, 28 yaşlı Rasim Bəybala oğlu Zəkiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, artıq Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.

Qeyd edək ki, bu gün saat 13.30 radələrində paytaxtın Xəzər rayonunda silahlı insident olub. “Mercedes” markalı avtomobildə olan naməlum şəxslər iki nəfəri güllələyərək hadisə yerindən qaçıblar.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed