Şrift:
Bakıda Beynəlxalq Gənclər Günü qeyd edilib
13.08.2013 [21:36] - Gündəm, Gənclik
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyası çərçivəsində "Park Bulvar"da Beynəlxalq Gənclər Günü qeyd olunub.
ARGTMŞ-dən verilən məlumata görə, tədbirdə beynəlxalq gənclər təşkilatları, yerli təşkilatlar və KİV nümayəndələri iştirak ediblər.
Tədbir zamanı ARGTMŞ-nın sədri Şahin Seyidzadə, Avropa Gənclər Forumunun İdarə Heyətinin üzvü Aleksandra Kamillova və gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.
Tədbirdə "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyası çərçivəsində həyata keçirilən müsabiqədən şəkillərin sərgisi olub və gənclər arasında onlayn "puzzle" oyunu keçirilib.
Tədbirin sonunda "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyası çərçivəsində keçirilən foto-müsabiqələrin qalibləri mükafatlandırılıblar.
Qeyd edək ki, ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür və "Nifrət Nitqinə yox Hərəkatı" ("No Hate Speech Movement") kampaniyasının Azərbaycan üzrə milli əlaqələndiricisidir. Kampaniya 2013- cü ilin aprel ayında start götürüb.
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed