Şrift:
Azərbaycan Müdafiə Nazirliyi: Biz atəşkəs anlaşmasına sadiqik və heç vaxt atəşkəsi birinci pozmuruq
21.11.2011 [15:55] - Köşə yazarları
“Sadəcə olaraq, hər dəfə atəşkəs pozularkən qarşı tərəf cavab atəşi ilə susdurulur. Bu həmişə belə olub, belə də olacaq”

“Biz atəşkəs anlaşmasına sadiqik və heç vaxt atəşkəsi birinci pozmuruq. Sadəcə olaraq, hər dəfə atəşkəs pozularkən qarşı tərəf cavab atəşi ilə susdurulur. Bu həmişə belə olub, belə də olacaq. Atəş açmasınlar cavab da verilməsin. O ki qaldı iki erməni hərbçisinin ölümünə, yaxşı olar ki, ermənilər öz aralarında baş vermiş insidentləri araşdırsınlar, məsələni Azərbaycan tərəfinin üstünə atmasınlar”. Bu sözləri sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri David Karapetyanın açıqlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, D. Karapetyan atəşkəs rejiminin pozulması nəticəsində iki erməni hərbçinin ölməsi ilə bağlı verdiyi açıqlamada Azərbaycanın bundan əvvəl törədiyi avantüralardan, ötən ilin sərgüzəştlərindən dərs çıxarmadığını, erməni hərbçilərin öldürülməsinə layiqli cavab veriləcəyi bildirib.

T. Abdullayev isə qeyd edib ki, Azərbaycan Ordusuna kimsə dərs verə bilməz: “Əksinə Azərbaycan Ordusu istənilən an, istənilən şəraitdə düşmənə dərs verməyə qadirdir. Onlar ötən ilin sərgüzəştləri deyəndə nəyi nəzərdə tutur, anlaşılan deyil. Ötən ilin ən yadda qalan və iri miqyaslı hadisəsi Mübariz İbrahimovla bağlı olub ki, onda da qəhrəmanımızın nələr etdiyi hamıya bəllidir”.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed