Şrift:
Ali məktəblərdə oxumaq istəyənlər üçün son şans
15.08.2013 [10:29] - Gündəm, Gənclik, Mədəniyyət
2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, abituriyentlər avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər.
Abituriyentlərin ixtisas seçimi avqustun 15-də saat 00:00-da başa çatacaq.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed