Şrift:
Şamaxı Astrofizika Rəsədxanası 60 yaşını qeyd edəcək
15.08.2013 [13:17] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 60 illik yubileyi ilə əlaqədar konfrans keçiriləcək. Rəsədxanadan verilən məlumata görə, konfrans noyabrın 4-6-da olacaq.
Konfransa MDB-nin böyük rəsədxanalarının rəhbərləri ilə yanaşı, bir sıra tanınmış alimlər dəvət olunacaqlar.
Konfransda ŞAR-da 60-il ərzində aparılmış elmi-tədqiqat işləri barədə qısa məruzələr (Günəş fizikası, Günəş-Yer əlaqələri, ulduzlar fizikası və Günəş sistemi cisimləri) və dəvət olunmuş mütəxəssislər tərəfindən müasir astronomiyanın aktual problemlərinə həsr olunmuş mühazirələrin dinlənilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed