Şrift:
Azərbaycanda istehsal olunan avtomobillərin sayı art
20.08.2013 [13:20] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 326 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin analoji (oxşar) dövründə qeydə alınan göstəricidən 3,4 dəfə artıqdır.
Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd olunur ki, yanvar-iyul aylarında respublikada 147 yük maşını istehsal olunub. Bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 72,9 faiz çoxdur.
Minik və yük maşınları istehsalında olan artıma baxmayaraq, yanvar-iyul aylarında traktor istehsalında azalma müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 415 traktor istehsal edilib. Bu da 2012-ci ilin yanvar-iyul aylarında qeydə alınan göstəricidən 22,6 faiz aşağıdır.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed