Şrift:
Müsahibimiz Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əzizdir
20.08.2013 [13:31] - Müsahibə, Diaspor
-Toğrul bəy, ilk öncə sualımıza ondan başlayaq ki, hal-hazırda Almaniyada Azərbaycanın təbliğatı hansı səviyəddədir?

-Almaniyada təəssüf ki, sadə xalq Azərbaycan haqqında geniş məlumatlı deyil. Maraqlıdır ki, Berti Foqst Azərbaycan milli komandasının baş məşqçisi (murəbbi) olduqdan sonra, almanlar Azərbaycanla bağlı maraqlanmağa başlayıblar. Bunu cənab Foqtsun Azərbaycana işləməyə gəldikdən sonra Youtubu və google-də ölkəmizlə bağlı alman dilində xəbər və videoların (görüntülər) artması da təsdiqləyir.

Bundan başqa ötən illərdə alman və Azərbaycan milli komandalarının oyunu ərəfələrində də burdakı məbuat Azərbaycanla bağlı geniş məlumatlar yazdı. Bu da onu göstərir ki, idman, xüsusilə də futbol ən yaxşı təbliğat vasitəsidir. Burada yaradılmış diaspor təşkilatları və Azərbaycandakı bir çox dövlət və özəl qurumların da Azərbaycanın təbliğatı ilə bağlı təqdirəlayiq işləri var, ancaq fakt budur ki, heç kim futbolun yaratdığı təbliğat mühiti kimi iş görə bilməyib.

-Ümumiyyətlə,alman insanı Qarabağ münaqişəsi haqqında bilgilərə sahibdir?

-Təəssüf ki, almanlar Qarabağ münaqişəsi haqqında daha çox erməni təbliğatı istiqamətindəki məlumatlara sahibdirlər. Hətta orta məktəb dərs kitablarında belə, Osmanlıdakı 1915-ci il hadisələri və Qarabağ münaqişəsi ilə bağlı doğru olmayan, daha çox Almaniyanın xarici siyasətinə istiqamətlənmiş məlumatlar öz əksini tapıb.

Bu haqsızlıqla bağlı buradakı türk diaspor qurumları ilə birgə mübarizə aparırıq. Amma təbii ki, daha geniş və təsirli mübarizə üçün Azərbaycan dövləti ilə daha sıx, birgə işləməli və dövlətin dəstəyini almalıyıq.
-Necə düşünürsünüz ki, Almaniyada Azərbaycanı yaxından tanıtmaq üçün diaspor qurumlarımızın vahid təşkilatlanmasına ehtiyac varmı?

-Azərbaycan diaspor qurumlarını birləşdirən ümumi amil-Qarabağ dərdidir. Bundan başqa bir çox dövlət və qeyri-dövlət qurumları var ki, burada da həmin təşkilatlar toplanaraq bir çox məsələlərdə ümumi razılığa gəlir, birgə fəaliyyət istiqamətləri planlaşdırırlar.



-Bildiyiniz kimi qarşıda Almaniyada “Ayntraxt”-“Qarabağ” oyunu olacaq. Bu oyuna almaniyada yaşayan soydaşlarımız hansı səviyyədə hazırlaşırlar?

-“Qarabağ”-“Ayntraxt” oyununa iş saatı və gəlmə imkanı olan hər bir azərbaycanlı məmuniyyətlə gəlmək istəyir. Açığı təkcə yaşadığım Köln şəhərində 50-yə qədər soydaşımız oyuna gedəcəyi ilə bağlı məlumatım var. Bu oyunda Qarabağın qələbəsi isə Azəbaycan üçün əvəzsiz təbliğat ola bilər. Bütün mətbuat Azərbaycan və komandanın adının daşıdığı yaralı bölgəmiz haqqında geniş məlumatlar yazacaqlar.


-Sizin adınızdan mətbuatda belə xəbər yayıldı ki, Ayntraxtla oyunda ermənilərin təxribatı gözlənilir. Bu məsələ ilə bağlı hansısa müraciətlə olub?

-Təxribatla bağlı il təsadüf nəticəsində xəbər tutmuşam. İşlədiyim şirkətdə çalışan bir neçə erməni Qarabağın oyununa gedəcəklərini və facebookda ermənilər tərəfindən təbliğ olunduğu kimi tanınmamış Qarabağ respublikasının bayrağını qaldıraraq yerli ictimaiyyət arasında kontrtəbliğat(əks) aparmaq niyyətlərinin olduğunu öyrəndim. Kiçik araşdırma apararaq ermənilərin bu işə ciddi yanaşdıqlarını görərək bu barədə “Qarabağ” komandasını xəbərdar etdim. Bu barədə mətbuat da xəbər tutaraq məsələni ictimaiyyətləşdirdilər. Almaniyadakı səfirliyimiz də məsələyə aktiv münasibət göstərib və alman hüquq mühafizə orqanlarına bu barədə məlumat veriblər. Ermənilərin naqis planlarının qarşısının alınmasına və bizim üçün mənfi xəbərlər doğura biləcək hadisələrin qarşının alınmasına görə sevinirik.


-Bu oyunla bağlı alman mediasında hansısa xəbərlər yayımlanırmı?

-Alman mətbuatında bu oyun barədə hələlik hansısa maraq doğuracaq bir xəbərlə rastlaşmamışam.


Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed