Şrift:
Azərbaycanda alternativ enerjidən istifadə məqsədilə tədqiqatlar aparılır
20.08.2013 [15:24] - İqtisadiyyat
Tədqiqatlar 2014-cü ilin sonunadək davam edəcək





Coğrafiya İnstitutu ölkədə Günəş və külək enerjisindən geniş istifadə olunması məqsədilə tədqiqatlar aparır.Azərbaycan Milli Elmlər Akademiyası xəbər verir ki, alimlərimiz günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışır.

Tədqiqatlar YUNESKO-dan qrant dəstəyi almış “Azərbaycan ərazisində Günəş və külək enerjisinin paylanmasının CİS (coğrafi informasiya sistemi) mühitində kəmiyyətcə dəyərləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihə Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, icraçıları fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Zahidə Tatlıyevadır.

Layihə çərçivəsində Azərbaycan ərazisində atmosferin müxtəlif optik şəraitlərində Günəşdən gələn radiasiyaların hesablanması üçün riyazi model işlənib, qiymətləndirmə işləri başa çatdırılıb. Relyefin yaratdığı kölgələnmənin Günəş radiasiyasının miqdarına təsirini hesablayan riyazi model işlənib və dağ vadilərində seçilmiş məntəqədə sınaqdan keçirilib.

Bundan əlavə, Günəş və külək enerjisinin CİS əsasında xəritələri tərtib edilir, küləklər haqqında məlumatların statistik təhlili aparılır.
Tədqiqatlar 2014-cü ilin sonunadək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed