Şrift:
İranda növbəti gizli edam həyata keçirilib, 11 nəfər asılıb
23.08.2013 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda növbəti gizli edam həyata keçirilib.

Məhbuslardan 5-i Əlborz vilayətinin Kərəc şəhərinin Rəcayişəhr, 6-sı isə Qızılhasar həbsxanasında dara çəkilib.

Onların ad və soyadları açıqlanmayıb və nədə ittiham edildikləri məlum deyil. Ancaq dörd gün əvvəl təkadamlıq kameralara köçürüldükləri və avqustun 22-də səhər saatlarında edam edildikləri bildirilir.

Qeyd edək ki, avqustun 22-də Urmiyada 5, Ərdəbildə 3, Məşhəddə 2, Həndicanda 1, avqustun 21-də isə Cəhrom və Təbrizdə 2 nəfər dara çəkilib. Bununla da, iki gün ərzində 24 nəfər edam edilib. Artıq ölkənin digər həbsxanalarında da gizli edamların həyata keçirildiyi və həmin ölüm hökmlərinin ictimaiyyətə açıqlanmasından imtina edildiyi ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed