Şrift:
Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, yağış yağacaq
24.08.2013 [13:02] - Gündəm, Bildiriş
Avqustun 25-də Bakı və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Avqustun 25-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq.
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed