Şrift:
Zaqatala dini cameəsi Qazi Qarabağ azanına dəstək verdi
26.08.2013 [10:22] - Xəbərlər, İslam dini
Avqustun 24-də “Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru -Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinə dəstək olaraq Zaqatala şəhərində İslam Üniversitetində növbəti görüşünü keçirib. Görüşdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli geniş çıxış edərək, “Qarabağa doğru Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinin Azərbaycan xalqının milli və mənəvi ruha köklənməsinə səbəb olacağını bildirib. Tədbirdə Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, Qazi Qarabağ azanının yenidən səslənməsini, dövlətin bu azana sahib durmasını sevindirici hal olduğunu qeyd edib. O, bütün Zaqataladan olan din adamlarını “Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinə dəstək olmağa çağırıb. Zaqatalada keçirilən tədbirdə Zaqatala-Balakən bölgə qazısı Hacı İbrahim İbrahimov, rayon ziyalısı Sona Qazıyeva, Çobankol kənd Məscidi Dini İcmasının sədri və imamı Məhəmməd Nurullayev, ilahiyyatçı Əhməd Niyazov öz çıxışlarıda Qarabağ azanına hər zaman dəstək olacaqlarını bildiriblər. Çıxış edən bütün ziyalılar və din adamları “Yeni Üfüq”ün Qazi Qarabağ azanına dəstəyini yüksək qiymətləndiriblər. Tədbirdə iştirak edən Zaqatala rayonunun ictimaiyyət nümayəndələri, nüfuzlu din adamları növbəti prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 1582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed