Şrift:
Liviyada müvəqqəti hökumət formalaşdırılıb
22.11.2011 [10:20] - Köşə yazarları
Liviya Keçid Milli şurası ölkənin müvəqqəti hökumətinin tərkibini təsdiq edib.

Kabineti oktyabrın 31-də baş nazir təyin olunmuş 60 yaşlı elektrotexnika mütəxəssisi Əbdülrəhim əl-Kib formalaşdırıb.

Yeni hökumətdə xarici işlər naziri postunu Liviyanın BMT-dəki daimi nümayəndəsinin müavini İbrahim Dabbaşi tutacaq. Zintan şəhərindən olan səhra komandiri Üsamə əl-Cuauli müdafiə naziri, keçmiş neft naziri Əli Tarxuni maliyyə naziri vəzifələrini tutacaqlar. Neft sənayesində çalışmış Həsən Ziqlam neft naziri təyin olunub.
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed