Şrift:
DİN “Xəzər-Lənkəran” və “Neftçi” klubları arasında keçirilmiş oyun zamanı baş verən insidentlə bağlı məlumat yayıb
26.08.2013 [14:59] - Gündəm, İdman
DİN-in rəsmi saytının verdiyi məlumata görə, avqustun 25-də saat 20.22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda "Xəzər-Lənkəran" və "Neftçi" futbol klubları arasında keçirilmiş oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atmış, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırmış, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri etmişlər.

Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-yə gətirilmişdir. Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilmişdir.
İctimai asayişi qorumağa cəlb edilmiş DİO əməkdaşlarından 6 nəfəri xəsarət almışdır.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed