Şrift:
İran BMT-nin insan haqları üzrə xüsusi məruzəçisinə ölkəyə səfər üçün icazə verməyib
28.08.2013 [01:53] - Gündəm, Güney Azərbaycan xəbərləri
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid prezident Həsən Ruhaniyə iki məktub göndərib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, Ə. Şəhid məktublarında İran prezidentindən bu ölkəyə səfər etməsinə icazə verilməsini istəyib: “Təəssüflər olun ki, Əhməd Şəhidin ədalətli məruzəçi olmadığını bilirik. O, əvvəlki hesabatlarında ədalətli davranmayıb və yalnız müxalifətin mövqeyini ortaya qoyub. Bununla da bir məruzəçi kimi öz vəzifələrinə uyğun olmayan addım atıb. Belə ki, Əhməd Şəhidin bəzi şəxslərlə görüşməsi və müsahibələr verməsi onun vəzifəsinə aid deyil. Ona görə də BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisinin ölkəmizə səfər etməsinin heç bir əsası yoxdur”.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed