Şrift:
Ələt-Astara magistralında qəzalı vəziyyət yaranıb
29.08.2013 [15:31] - Gündəm, Hadisə
Ələt-Astara magistralının 72-ci kilometrliyində qəzalı vəziyyət yaranıb.
Cənub TV xəbər verir ki, Bakı ilə cənub regionunu birləşdirən yolun üzərində yerləşən körpüdə günün müəyyən saatlarında qısa müddətli tıxaclar meydana gəlir.
Əsas yollardan hesab olunan Bakı-Ələt-Astara magistralında Baş Mil-Muğan kollektorunun üzərində yerləşən körpüdə qəzalı vəziyyət yaranıb. Elə bu məqsədlə körpüdə əsaslı təmir tikinti işlərinə start verilib. Körpünün dəmir-beton konstruksiyaları yenilənib.
Xatırladaq ki, körpü 20 ildir ki, mütəmadi istismar edilir. Körpü oxuna 7 ton ağırlıq düşən avtomobillər üçün nəzərdə tutulsa da, burada daha ağır tonnajlı yük avtomobillərinin hərəkəti müşahidə edilir ki, bu da nəticədə körpünün tez-tez sıradan çıxmasına səbəb olur.
Qeyd edək ki, yeni salınan və hazırda tikintisi davam etdirilən Ələt-Astara magistralı istifadəyə verildikdən sonra, bu yol ikinci dərəcəli yola çevriləcək.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed