Şrift:
Professor Səbri Təbrizinin Amerikada Çiçəklər tarlası adlı şeirlər toplusu nəşr olunub
03.09.2013 [23:50] - Mədəniyyət, Diaspor
Edinburq Universitetinin professoru, Dünya Azərbaycanlıları Konqresinin, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri Qulamrza Səbri Təbrizinin ABŞ-da (Amerika Birləşmiş Ştatları) “Çiçəklər tarlası” adlı şeir kitabı nəşr olunmuşdur.

212 səhifəlik kitabda müəllifin Güney Azərbaycanın dərdləri, Vətən sevgisi və digər mövzularda şeirləri yer almışdır. Kitab ABŞ-dakı məşhur “Published by Lulu Enterprises İnc” nəşriyyatında dərc edilib.

Kitabdakı şeirləri ingilis dilinə çevirən həmyerlimiz və məşhur tərcüməçi Cavid Abbas, tərtib edəni filologiya elmləri doktoru Vaqif Sultanlı, ingilis dili üzrə ixtisas redaktoru isə Maykl Brannock-dur. Poetik (şairanə) ifadə tərzi ilə Güney Azərbaycanın mənzərələrinin lirik ricətlə ifadə tərzi amerikalı oxucuların öhdəsinə verilmişdir.

Qeyd edək ki, prof. Qulamrza Səbri Təbrizi ilk Azərbaycan müəllifdir ki, ABŞ-ın bu məşhur nəşriyyatı tərəfindən onun şeirləri dərc olunmuşdur. “Çiçəklər tarlası” kitabına oxucu marağının olmasını sübut edən əsas fakt ondan ibarətdir ki, əsər kitab mağazalarında satışa çıxan kimi onun kütləvi şəkildə böyük maraqla qarşılanması olmuşdur.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed