Şrift:
Rəsmi Bakı Suriya ilə bağlı mövqeyini açlqladı
03.09.2013 [23:58] - Gündəm, Siyasət
Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini Suriya məsələsində rəsmi Bakının mövqeyinin hələ dəqiqləşmədiyini açıqlayıb.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda sualı cavablandırarkən deyib ki, Suriya məsələsi ilə bağlı mövqe hələ heç ABŞ (Amerika Birləşmiş Ştatları) da belə konkret bir şəkil almayıb: "Özünüz də çox yaxşı bilirsiniz ki, bu gün hələ ABŞ Konqresi və Prezidenti tərəfindən bu məsələ ilə bağlı konkret bir qərar qəbul edilməyib. Yaxşı olar ki, biz gözləyək görək, bu mövqe konkret nədən ibarətdir, ondan sonra mövqe bildirək. İndidən bizim mövqe bildirməyimiz ümumiyyətlə, nə siyasi, nə də diplomatik məntiqə uyğun gəlmir".
Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed