Şrift:
İran yenə Azərbaycanı təhdid etdi
04.09.2013 [23:51] - Gündəm, Hərb
İran Hərbi Dəniz Qüvvələrinin Komandanı (fərmandeh) İsraildən raketlər alınmasıyla bağlı Azərbaycana xəbərdarlıq etdi. “Fars” agentliyinin verdiyi məlumata görə, İran Hərbi Dəniz Qüvvələrinin Komandanı kontr-admiral Həyibullah Səyyari Xəzər dənizini “Sülh və Dostluq” dənizi adlandırıb.
O bildirib ki, Azərbaycandan İsraildən Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulmuş raketlər alması bölgədə sülhə və sabitliyə ziyan vuran hərəkət kimi qiymətləndirilməlidir. “Biz dəfələrlə bildirmişik ki, Xəzərin Sülh və Dostluq dənizinə çevrilməsi, bu dənizin sahillərində yerləşən dövlətlər üçün prioritet (öncəlik) olmalıdır. Xəzəryanı dövlətlər Xəzərdə təhlükəsizlik problemlərinin həlli işində, digər dövlətlərlə bu fəaliyyəti koordinasiya etməlidir”. Bu barədə Iran Hərbi Dəniz Qüvvələrinin Komandanı Azərbayacanın Israildən aldığı “Qabriel-5" raketləriylə bağlı danışarkən bildirib.

Yaranmış vəziyyətdən sonra İran bu sahədə monitorinqi davam etdirir, yaranacaq problemlərə biganə qalmayacaq.

Bu arada belə bir məlumat yayılıb ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı yaxınlarda İrana dəvət olunub, ancaq sonra hansısa səbəblərdən səfər təxirə salınıb.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed